Serbiya prezidenti Türkiyəni ittiham etdi –"Osmanlı imperiyasını dirçəldir"

Serbiya prezidenti Vuçiç Türkiyəni BMT Nizamnaməsini pozmaqda ittiham edib.

AzPost bildirir ki, Serbiya prezidenti Ankaranın Kosovoya bir neçə min “Skydagger” hücum PUA-ları verdiyini bəyan edib. O, bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.

“İndi aydındır ki, Türkiyə Qərbi Balkanlarda sabitlik istəmir və bir daha Osmanlı İmperiyasının dirçəliş arzusundadır. Serbiya kiçik bir ölkədir, lakin biz mesajı aldıq”, – Vuçiç vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.