Sergey Lavrov və Mövlud Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə edib

08 Dekabr 2020 - 18:42

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 TASS-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Mənbə bildirib ki, iki ölkənin Xarici İşlər nazirləri telefon danışığı zamanı Dağlıq Qarabağ, Ukrayna münaqişəsi və Türkiyədə saxlanılan “NTV” kanalının jurnalistləri barədə danışıblar.