Şərurlu İsfəndiyar ilə bağlı vəsatət verilib

Şərurlu İsfəndiyar
Şərurlu İsfəndiyar

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı (“Şərurlu İsfəndiyar”) növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib.

O, İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsini istəyib və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alaraq, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.

Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundov məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməkdən yayınıb.

Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

©Apa

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.