Sərxoş halda maşın sürən deputata iş açıldı

Rusiyanın Çita şəhərində İstintaq Komitəsi deputata sərxoş halda avtomobil idarə etdiyinə görə iş açıb. AzPost bildirir ki, Rusiya Federasiyasının Zabaykalsk diyarı üzrə İstintaq Komitəsindən verilən məlumata görə, Çita şəhər Dumasının deputatına qarşı dəfələrlə sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək cinayət işi açılıb.

O, 28 dekabr 2024-cü ildə sürücü Çita küçələrinin birində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Müstəntiqlərin fikrincə, sükan arxasında olan şəxsdə sərxoşluq əlamətləri görünsə də, o, tibbi müayinədən keçməkdən imtina edib.

Bundan əvvəl 2023-cü ilin aprelində o, inzibati xəta törətməkdə – “nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməkdə” təqsirli bilinib. Deputata qarşı 30 min rubl cərimə tətbiq eolunub və 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilib.

Lakin o yenidən öz əməllərinə davam edib. İstintaqın verdiyi məlumata görə şübhəli şəxsin xüsusi hüquqi statusu nəzərə alınaraq, cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə rəhbəri tərəfindən başlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.