İspaniyanın “Real Madrid” komandasının futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanından fantastik təklif alıb.
AzPost -un məlumatına görə, AZƏRTAC AS nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klubu braziliyalı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. Vinger təklifi qəbul etsə, bu müddət ərzində bir milyard avro qazanacaq.
İddiaya görə, klub futbolçunun transferi üçün Madrid təmsilçisinə 300 milyon avro təzminat ödəmək niyyətindədir. La Liqa klubu isə oyunçunu 1 milyard avrodan aşağı qiymətə satmaq istəmir. Lakin yarımmüdafiəçi komandadan ayrılmaq istədiyini bildirsə, “kral klubu”nun rəhbərliyi ərəblərin təklifi ilə razılaşmalı olacaq.
Yerigəlmişkən:
“Real Madrid” futbol klubunun braziliyalı hücumçusu Beynəlxalq Futbol Federasiyasının (FIFA) “The Best” mərasimində 2024-cü ilin ən yaxşı oyunçusu seçilib.
Kapitanların, milli komandaların məşqçilərinin, azarkeşlərin və ixtisaslaşmış media nümayəndələrinin səsverməsində braziliyalı “Mançester Siti”nin futbolçuları Rodri və “İnter Mayami” klubundan Lionel Messini qabaqlayıb.
Mükafat oyunçuların 21 avqust 2023-cü ildən 2024-cü il avqustun 10-dək olan müddətdə göstərdiyi performansı nəzərə alır.
“Özüm və ailəm üçün qalib gəldim. Bu yolda Flamenqo, Real Madrid, Braziliya millisi, yüzlərlə komanda yoldaşım, gündəlik həyatımda məni müşayiət edən insanlar və məni heyran edənlər mənə dəstək oldular. Ən yaxşı oyunçu dünyada”, – braziliyalı hücumçu sosial şəbəkədəki səhifəsində yazıb.
Vinisius, Real Madrid ilə birlikdə, 2023-2024 mövsümündə Çempionlar Liqasının qalibi oldu;
İlin ən yaxşı məşqçisi mükafatını Madrid klubunun italiyalı məşqçisi Karlo Ançelotti qəbul edib . Qadınlar üçün ən yaxşı məşqçi ABŞ yığmasını Parisdə keçirilən Olimpiya Oyunlarında qələbəyə aparan ingilis Emma Hayes idi.