“Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub

UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb. Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub. Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.

Bununla da “Sevilya” 7-ci dəfə UEFA Avropa Liqasının qalibi olub. (AZƏRTAC)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.