Sevindirici haldır ki, Azərbaycan qazı artıq Macarıstana da çatır- Ceyhun Bayramov

Macarıstan Bakı-Tbilisi-Ceyhan layihəsində 8,9 faiz paya malikdir.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.

“Azərbaycan qazının Avropaya çıxması ilə bağlı dərhal Macarıstanla bu istiqamətdə danışıqlar başlanıldı. Sevindirici haldır ki, Azərbaycan qazı artıq Macarıstana da çatır”, – nazir əlavə edib.

Ceyhun Bayramov Macarıstanın “Şahdəniz” yatağına da iştirakçı qismində daxil olduğunu bildirib.

Əvvəlki məqalə

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb

Sonrakı məqalə

Şeyxülislam Dinlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasına üzv seçilib