“Şeytan çarxı” aşdı, onlarla yaralı var- Hindistanda

Hindistanın Uttar-Pradeş ştatında gecə yarmarkası zamanı 18 metrlik şahmat çarxının (şeytan çarxı) aşması nəticəsində onlarla insan xəsarət alıb.

AzPost bildirir ki, “The Independent” qəzetinin yaydığı məlumata görə, hadisə Kuşinaqar dairəsinin Bhainsaha kəndində, qədim məbəd kompleksinin yaxınlığında keçirilən illik yarmarkada baş verib. Yüzlərlə insanın toplaşdığı ərazidə attraksion qəfil yana əyilərək yerə çırpılıb. Hadisə anında konstruksiyanın daxilində çox sayda insan olub.

Yerli polisin verdiyi məlumata görə, hadisə yerinə dərhal 6 təcili tibbi yardım maşını cəlb edilib və yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. İlkin məlumatlara görə, qəza nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şahidlərin sözlərinə görə, attraksionun dayaqlarından birinin qırılması konstruksiyanın müvazinətini itirməsinə və yerə aşmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.