Şeyxülislam Allahşükür Paşazadə və dini konfessiya başçılarının Qarabağa səfəri başlayıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb.

Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Feketen, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri iştirak edirlər.

Səfər çərçivəsində QMİ sədri və dini konfessiya rəhbərləri ilk olaraq Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxuyublar. Daha sonra nümayəndə heyəti Bərdədə Cümə məscidini ziyarət ediblər.

Daha sonra Ağdama səfər edəcək QMİ sədri və dini konfessiya rəhbərləri Ağdamın Cümə məscidini ziyarət edərək orada namaz qılacaqlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir