Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə QMİ-nin Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin anım mərasimi keçirilib.
Azpost.info bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat verib.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, sədrin l müavini, müfti Salman Musayev, mərhumun ailə üzvləri, Azərbaycanın müxtəlif regionlarından olan din xadimləri və alimlər iştirak edib.
Tədbirdə mərhumun ruhuna Qurani – Kərim oxunub, dualar edilib, ehsan verilib.
Allah rəhmət eləsin!




