Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Qazaxıstan Senatının sədri ilə görüşüb

User 17 Sentyabr 2025 - 09:40 (Last updated: 17 Sentyabr 2025 - 11:11)
seyx qazax senat sedri

Qazaxıstanın paytaxtı Astanada “Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayı”nın Katibliyinin 23-cü iclası çərçivəsində Qazaxıstan Senatının sədri Maulen Aşımbayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

AzPost bildirir ki, bu barədə QMİ mətbuat xidmətindən bildirilib.

M.Aşımbayev Azərbaycanla Ermənistan arasında Vəşinqtonda imzalanan bəyanat münasibətilə təbrik edib və bunu Azərbaycan dövlətinin tarixi uğuru və nailiyyəti adlandırıb.
Görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə səmimi qəbula görə minnətdarlığını bildirərək qardaş Qazaxıstana hər zaman böyük məmnuniyyətlə gəldiyini və Qazax xalqına dərin hörmət bəsləndiyini vurğulayıb.
QMİ sədri qeyd edib ki, vaxtilə ulu öndər Heydər Əliyevin dövründə müstəqillik illərində Azərbaycanla Qazaxıstan arasında əsası qoyulmuş münasibətlər bu gün İlham Əliyev və Qasım-Jomart Tokayev tərəfindən qardaşlıq münasibətləri əsasında uğurla davam etdirilir.

Şeyxülislam Allahşükür Paşazadə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında – Fuzulidə Qazaxıstanın hədiyyəsi olan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd edərək, bu addımı Qazax xalqının Azərbaycana qardaş hədiyyəsi kimi dəyərləndirərək dərin minnətdarlığını ifadə edib.
QMİ sədri Qazaxıstan dövlətinin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki zəngin təcrübəsini yüksək qiymətləndirərək Astana qurultaylarının bəşəri əhəmiyyətini xüsusi vurğulayıb.

“Azərbaycan Qazaxıstanın dinlərarası dialoq sahəsindəki təşəbbüslərinə hər zaman dəstək verib və Astana qurultaylarında mütəmadi iştirak edir” – deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.
O, eyni zamanda Azərbaycanda keçirilən dinlərarası dialoq tədbirlərində Qazaxıstanın yüksək səviyyədə iştirakının vacib olduğunu vurğulayıb.

QMİ sədri qeyd edib ki, Azərbaycanın qazandığı nailiyyətlərdə qardaş türk dövlətlərinin, xüsusilə qardaş Qazaxıstanın da öz töhvəsi vardır.
Görüş zamanı Qazaxıstan Senatının sədri Maulen Aşımbayev “Dünya və Ənənəvi Dinlərin Liderləri 8-ci Qurultayı” haqqında ətraflı məlumat verərək keçiriləcək panel iclaslar və Gənclər Forumu barədə təfərrüatlı məlumat təqdim edib.
Tərəflər dinlərarası dialoq və sivilizasiyalar arası əməkdaşlıq müstəvisində dövlətlər arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından məmnunluq ifadə olunub və gələcək əməkdaşlığa dair planlar müzakirə edilib.
Hər iki tərəf dinlərarası dialoq və regional əməkdaşlıq sahəsində fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ağalar Atamoğlanov və Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.

AzPost.az

Post navigation

Previous: Ödəniş hesaba köçsə də qəbz çıxmayıb –
Next: Sumqayıtda ər arvadını öldürdü, özü də intihar etdi

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib İlham Əliyev
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

User 11 Noyabr 2026 - 12:37
Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var iran raket
  • Dünya

İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var

User 11 Noyabr 2026 - 12:23
Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur” yataqxana
  • Sosial

Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur”

User 11 Noyabr 2026 - 12:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.