Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam SSRİ zamanı təhsil aldığı Buxara mədrəsəsini ziyarət edib –

User 28 Noyabr 2023 - 16:00 (Last updated: 21 May 2025 - 20:15)
seyx buxara esas
25 noyabrda Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşündə iştirak etmək məqsədilə Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Maturidinin elmi irsi və müasir dövr” mövzusunda üləmalar forumunda iştirak edib.
Tədbirdə Türk dünyasının və İslam aləminin tanınmış din və elm xadimləri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin adından konfransda sədr müavini Q.Cavadlı məruzə ilə çıxış edib.
26 noyabr tarixində Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi QMİ nümayəndə heyəti “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Buxara şəhərinə səfər edib. İlk növbədə, konfransda iştirak edən nümayəndə heyətləri müqəddəs dinimizin mənəvi irsinin inkişafında müstəsna rol oynamış orta əsrin görkəmli İslam alimi və mütəfəkkiri Məhəmməd Bahaəddin Nəqşibəndinin məzarını və məscid kompleksini, ardınca “Mir Ərəb” mədrəsəsini ziyarət edib.
Burada Qurani-Kərimdən ayələr tilavət edilmiş, birgə namaz qılınmış, Türk dünyasının, bütün İslam aləminin tərəqqisi və əmin-amanlığı üçün dualar edilib. Bu məşhur təhsil ocağının məzunu olan Şeyxülislam A. Paşazadə xüsusi ehtiram və rəğbətlə qarşılanıb. Qonaqlara “Mir Ərəb”in yaradılması və fəaliyyəti haqqında məlumat verən mədrəsənin rəhbəri buradan məzun olan görkəmli din xadimləri arasında QMİ sədri A.Paşazadənin adını xüsusi qeyd edib. Qonaqlara Şeyxülislam Paşazadənin təhsil aldığı sinif otaqları və yaşayış məkanı nümayiş etdirilib.
Daha sonra nümayəndə heyətləri – Türk dövlətlərinin və İslam dünyasının dini liderləri və alimləri, eləcə də Özbəkistanın dövlət rəsmiləri, ictimai və elmi-dini xadimlər “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş “Buxaranın İslam sivilizasiyasında rolu” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Özbəkistan Respublikası Prezidentinin müşaviri cənab Müzəffər Kamilovun iştirakı ilə keçirilən tədbirdə Misirin baş müftisi Prof. Dr. Şövqi Əllam, Ümumdünya Müsəlman Üləmaları Birliyinin baş katibi Əli Əl-Qaradaği, Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri Müfti İsmayıl Berdiyev və başqaları iştirak edib.
Tədbirdə məruzə ilə çıxış edən QMİ sədri qədim elm, mədəniyyət, din mərkəzi Buxaranın hər bir müsəlmanın qəlbində özəl yerinin olduğunu, bu ulu diyarın ateizm dövründə müqəddəs dinimizin dəyərlərini qoruyub saxladığını xüsusi olaraq vurğulayıb. Azərbaycan-Özbəkistan əlaqələrinə toxunan Şeyxülislam A.Paşazadə deyib: “Şükürlər olsun ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixə malik mədəni, mənəvi əlaqələr bu gün də uğurla davam edir. Özəlliklə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin, hərtərəfli əməkdaşlığın inkişafına dəstək olduğu kimi, ortaq milli-mənəvi dəyərlərimizin zənginləşməsinə də öz töhfələrini verməkdədir.”
O, həmçinin qeyd etmişdir ki, qədim İpək Yolunun üzərində yerləşən qardaş ölkələrimizin mədəni-mənəvi özülləri möhkəm təməllər üzərində təşəkkül tapıb. Görkəmli elm, irfan sahibləri, İmam Əl-Buxari, Şeyx Əl-Maturudi, Şeyx Nəqşibəndi kimi, Azərbaycanı dünya çapında tanıdan dahi ustadlar – Şeyx Nizami, Füzuli, Nəsimi, Xaqani kimi söz ustadları, Əcəmi Naxçıvani kimi memarlıq dahisi müsəlman Şərqinin, türk dünyasının ümumi sərvətidir.
Şeyxülislamın özbək dilində etdiyi çıxış iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Konfransın seksiya iclasında QMİ sədrinin Birinci müavini, müfti Salman Musayev çıxış edib.
Tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə təşəkkür məktubu ünvanlayıb.
Buxara səfəri çərçivəsində QMİ sədrinin Türkiyə Diyanət işləri başqanı Prof. Dr. Ali Erbaş, Misir, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, habelə RF Şimali Qafqaz regionunun müftiləri, həmçinin, İordaniya, Qətər və Rusiyanın müsəlman elmi-dini xadimləri ilə görüşlər keçirib.

Post navigation

Previous: Argentinanın yeni prezidenti dinini dəyişib
Next: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.