Şeyxülislam Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

Noyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
Baş katiblə yenidən görüşməkdən məmnunluğunu ifadə edən Şeyxülislam həzrətləri TDT-nin şərəfli tarixi  missiya yerinə yetirdiyini bildirib. Bu quruma daxil olan ölkələrin dövlət başçılarının mühüm işlər gördüyünü qeyd edib.
Səmimi qarşılanmaya görə təşəkkür edən Kubanıçbek Ömüraliyev TDT Müsəlman  Dini Liderlərinin Məşvərət Şurasının təsis olunması ilə bağlı 2022-il oktyabrın 20-də Şuşa şəhərində imzalanan bəyannaməni tarixi sənəd adlandırıb. Məşvərət Şurasının yaradılmasında və fəaliyyətində göstərdiyi xidmətlərə görə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkürlərini  bildirib.
Baş katibin sözlərinə görə, bu il Qəbələ şəhərində keçirilən Zirvə toplantısından sonra TDT-də sədrlik Azərbaycana keçib. Kubanıçbek Ömüralıyev ölkəmizin sədrliyi dövründə qurumun fəaliyyətinin daha da gücləcəyinə inandığını ifadə edib.
Söhbət zamanı TDT Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının gələcək  planları, keçiriləcək toplantılarla bağlı müzakirə aparılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.