Qafqaz Müsəlmanları İdarəsinin Sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla ölkənin ənənəvi dini icmalarının başçıları Şəhidlər Xiyabanını ziyarət edib.
20 yanvar gecəsi Azərbaycanın müstəqilliyi və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib, onların dəfn olunduğu yerə gül dəstələri düzüblər.
