Şeyxülislamın “Bakı prosesi”ndə izi –QMİ dinlərarası əməkdaşlıq üçün hansı mesajları verir?

Prezident İlham Əliyevin İslam və Qərb sivilizasiyaları arasında dialoq və əməkdaşlığın inkişafı üçün yaratdığı “Bakı Prosesi”nin dekabrda 12 ili tamam oldu.

2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında mədəniyyətlərarası dialoqa dair  “Bakı Prosesi”, 2010-cu ildə isə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu təşəbbüsləri irəlü sürülüb.

2009-cu ildə “Bakı – İslam mədəniyyəti paytaxtı” ili çərçivəsində müsəlman və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfrans bu prosesə töhfə oldu. 2011-ci ildən etibarən isə Bakı şəhərində hər iki ildən bir Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilir.

Bu vaxta kimi təşkil olunmuş forumlarda 180-dən çox ölkədən nümayəndə heyəti iştirak edib. “Bakı Prosesi” çərçivəsində forumlarda ümumilikdə 250-dən çox tədbir və layihə həyata keçirilib.

BMT-nin Baş katibi son 3 ildə BMT Baş Assambleyasına  təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətləarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan etmişdi.

Göründüyü kimi, zəngin mədəni irsi və dini tolerantlıq ənənələri olan Azərbaycan özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edərək mədəniyyətlərarası dialoq məkanına uğurla transformasiya olunur.

Bu platformada səslənən mesajlar eyni zamanda Azərbaycanın multkultural inteqrasiya üçün çağırışlarıdır. Bu isə milli-dini əməkdaşlıq konsepsiyalarının yaranmasını şərtləndirib.

Prezident İlham Əliyevin yürütdüyü multkulturial siyasətin mühüm detalı dini tolerantlıqdır. Dinlərin qarşılıqlı dialoquna nail olmaq, konfessiyalararası münasibətləri, tolerantlıq mühitini qoruyub saxlamaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Bu prioritetlərə söykənərək təqdim edilən multikultural modelin uğuru artıq dünya tərəfindən etiraf olunur və vətəndaş cəmiyyətinin əsas davranış prinsipi kimi çıxış edir. Ölkəmizdə yaşı min ilə gedib çıxan dini dözümlülük qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb.

“Bakı prosesi”nin mesajlarının dünyaya təqdim olunmasında və bu platformada fəaliyyətində Qafqaz Müsəlmanları İdarəsi və onu sədri Şeyxülislam Allahşükür Paşazadənin rolu böyükdür.

Bu baxımdan dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində QMİ-nin fəaliyyəti geniş və çoxcəhətlidir.

Tolerantlıq mədəniyyətinin inkişafında QMİ  tarixən özünəməxsus rol oynayıb və dini konfessiyalar arasında dözümlülüyün təbliğ edilməsində fəaliyyət göstərib. QMİ sədrinin dünyada nufuzlu din xadimləri ilə birgə yaratdığı əməkdaşlıq müstəvisi Azərbaycanın təbliğ etdiyi multkultural dəyərlərin təbliği üçün əlverişli platformaya çevrilib.

A.Paşazadənin Roma Papası, Rusiya Patriarxı,  Avropa və islam ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşləri, səfərlərində səmavi dinlərin əməkdaşlıq perspektivləri aparıcı xətt olub.

Qafqaz Müsəlmanları İdarəsinin bir sıra Avropa ölkələrində – Almaniyada, Avstriyada, İspaniyada Prezident İlham Əliyevin bəyan etdiyi dini tolerantlıq prinsiplərinin təbliği ilə bağlı keçirdiyi beynəlxalq konfransları da müzakirə meydanı olmuşdu.

A.Paşazadənin dünyanın tanınmış dini xadimləri ilə dostluğu, qazandığı nüfuz və etimad  böyük bir müstəvidə Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün yaxşı imkanlar açır.  Şeyxulislamın istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, MDB dinlərarası Şurasında tutduğu vəzifə Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya təqdimatında körpü rolunu oynayır.

Bu illər ərzində Şeyxülislamın həm ölkəmizdə, həm də mötəbər beynəlxalq təşkilatlarda təşkil etdiyi toplantılar, səfərlər, görüşlər “Bakı prosesi”ndə izi qalan fəaliyyət olub.

Bunların sırasında son 10 ildə Azərbaycanda iki dəfə keçirilmiş “Dünya dini liderlərinin II Bakı sammiti” xüsusi yer tutur.

Müxtəlif dini mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə töhfəsini verdi.

70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı Dünya Dini Liderlərinin ötən ilin noyabrında keçirilimiş 2-ci Zirvə Görüşü öz əhəmiyyəti və miqyası baxımından rezonans doğuran beynəlxalq tədbir idi. Sammit Azərbaycanın dünyada və regionda bir dini əməkdaşlıq mərkəzinə çevrildiyinin əyani nümayişi oldu.

Bakı Sammitinin əsas müzakirə mövzusu sülhün, təhlükəsizliyin və bəşəri dəyərlərin müdafiəsi, qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsirini müzakirəsi idi.  Zirvə görüşü bu baxımdan din xadimlərinin dünyaya öz mesajını çatdırması üçün ünikal platforma kimi çıxış edə,  Azərbaycanı isə qlobal təhlükəyə qarşı birgə mübarizədə vacib tərəfdaş kimi təqdim edə bildi.

“Bakı Prosesi”nin uğurlu nəticələrinə 44 gün davam edən Vətən Müharibəsində şahidi olduq. Bu günlər ərzində Ermənistan katolikosu var gücü ilə davanı dini müstəviyə keçirməyə cəhd etsə də səyləri nəticə vermədi. Dünya bu çağırışları qəbul etmədi və Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı əməliyyatın dini yarlıqdan kənar olduğunu nümayiş etdirdi. Məğlub olan mənfur düşmən bundan sonra daha bir xain həmləyə əl atdı. Dağlıq Qarabağdakı xristian dini abidələrinin guya dağıdılması barədə hay-küy qaldırdı. Bu cəhd də düşmənin gözündə qaldı. QMİ sədri və digər konfessiya rəhbərlərinin bununla bağlı yaydığı bəyanatında düşmənin bu xain niyyəti ifşa olundu. Dünya birliyi Ermənistanın Qarabağda 27 il ərzində darmadağın etdiyi dini abidələrin, məbədlərin acınacaqlı halının şahidi oldu.

Bütün bunlar son 10 ildə “Bakı Prosesi” çərçivəsində aparılan fəaliyyətin uğurlarından hesab etmək olar.

“Bakı prosesi” çərçivəsində fəal iş aparan QMİ sədri A.Paşazadə Azərbaycanın tolerantlıq ideyalarının təbliğ edərək humanist missiyası ilə qlobal təhlükələrə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

Emin ABBASOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub

Sonrakı məqalə

DİN Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmaları ilə bağlı açıqlama yayıb