“Şeyxülislamın böyük nufuzu var, ölkədə dini radikallığın qarşısını alır”-FAZİL MUSTAFA

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dinin hədsiz məzhəbləşməsinin və radikallaşmasının qarşısında əsas maneələrdən biridir”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Modern.az-a müsahibəsində deyib.

“Bu yaxınlarda Allahşükür Paşazadə ilə birlikdə Özbəkistan səfərində olduq və görünən odur ki, onun kifayət qədər nüfuzu var. Kifayət qədər də işlər görür. O, ölkəmizdə dinin hədsiz məzhəbləşməsinin və radikallaşmasının qarşısında əsas maneələrdən biridir. Onun çevrəsində ayrıca Xristian, Yəhudi Məşvərət Şurasının yaradılması, müəyyən hadisələrə müdaxilə etməsi dini radikalizmin qarşısını alır”-deyə deputat vurğulayıb.

F.Mustafa deyib ki, QMİ sədrinin fəaliyyəti və nüfuzu bir növ bəzi təhlükələrin qarşısını alır: “Qafqazla bizim əlaqələrimizin qalmasının da əsas səbəbi Şeyxdir. Bəzi məsələləri siyasətlə həll etmək olmur, o zaman bu cür insanların olması önəmlidir”.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanlar İdarəsi böyük bir icmadır və qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçib: “Bu qurumun qalıb-qalmaması icmanın üzvlərinin qərarından aslıdır. Bizim bu haqda nəsə deməyimiz doğru deyil”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.