Şeyxülislamın Moskvada II Qareginlə görüşü gözlənilir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər Moskva və bütün Rusiyanın Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir.

Səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Patriarx Kirillə görüşəcək. Moskvada, habelə, dini liderlərin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcək.

APA-nın əldə etdiyi məlumata görə, üçtərəfli görüşdə QMİ sədri Şeyxülislam A. Paşazadənin, Rusiyanın Patriarxı Kirillin və Bütün ermənilərin katalikosu II Qareginin iştirak edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ərazimizdə terrorçu yoxdur…Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək” –

Sonrakı məqalə

Jurnalist Nurlan Ağa vəfat edib