Şeyxülislamın paylaşdığı maraqlıFOTO

Cənubi Qafqaz regionunda bu günkü vəziyyət Azərbaycanı üçün vətəndaş sülhü, tolerantlığı və həmrəyliyi vacib məsələ kimi önə çıxarıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin sosial şəbəkədə payladşığı bu maraqlı foto bu baxımdan diqqəti cəlb edir.

Müsəlmanlar arasında vəhdətə, məzhəblər arasında dostluq və qardaşlıq mesajı verən bu şəkil Azərbaycanda uzun illik tarixi irsə bir yaddaşdır.

Bu gün dünyada dini şüarlarla pərdələnmiş maraq dairələri adına “yumşaq güc” dedikləri faktordan siyasi təzyiq kimi çıxış etməsi artıq bəlli faktlardır.

Təhlükəsizlik məsələsinin vacibliyini önə çıxaran bu amil hakimiyyətlər üçün milli və dini həmrəyliyi zərurətə çevirir.

Azərbaycan bu risklərin qarşısına dinlərarası barışı və mehribanlığı ehtiva edən dövlət siyasəti ilə çıxır. Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsipləri xarici təhdidlərə qarşı bir zirehdir. Həssas geopolitik regionda yerləşən Azərbaycanın belə beynəlxalq təhdidlərə qarşı multkulturalizm və tolerantlıq siyasəti  inteqrasiya üçün vacib çağırışlarıdır.

Əsas hədəf kimi müxtəlif dini konfessiyaların əməkdaşlığına söykənən bu siyasətlə dövlət onları  əsas tərəfdaşına çevirib.

Dini etiqadı siyasi avanturaya çevirməyə cəhd edənlərin ilk hədəfi çoxkonfessiyalı cəmiyyətlər olur. Bu qüvvələr bunun üçün hər xırda fürsətdən yararlanmağa can atırlar.

Təsadüfi deyil ki, multkultural inteqrasiya hazırkı qloballaşan  dünyamızda belə məkrli siyasətə qarşı aparılan prosesin vacib detalı kimi çıxış edir.

Tolerantlıq prinsiplərinin fundamental əsaslarına söykənən platformanı yaratmaq Şeyxülislam Allahşükür Paşazadənin də üzərinə böyük məsuliyyət qoyur. QMİ bu gün ölkədə inanc həmrəyliyinin mühüm amili kimi dövlətin prioritetlərində yerini alıb.

Dövlətimizin dini tolerantlıq mədəniyyətinin inkişafında QMİ  tarixən özünəməxsus rol oynayıb və dini konfessiyalar arasında dözümlülüyün təbliğ edilməsində fəaliyyət göstərib.

Dünyada dini rəhbərlərin arasında sayılıb-seçilən olmaq və etimad qazanmaq o qədər də asan məsələ deyil. Dini zəmində nifrət çağırışlarına qərq olan, qanlı qarşıdurmaların acı meydanına çevrilən dünyanın halı acı gerçəkilyə çevrilib. Elə məqamlar olur ki, orada siyasi çağırışlar, siyasətçi etimadı yetərli olmur. Dini dözümlülük, xalqları sülhə çağırmaq bəzən din xadiminin bir çağırışına möhtac qalır.

Şeyxülislam bütün bu illərdə Azərbaycanın dünya çapında tanınmasında, ülvi ideyaları tərənnüm edən, dini həmrəyliyi dəstəkləyən və tolerantlıq prinsiplərini  özündə daşıyan siyasi prioritetlərinin təbliğində əlindən gələni əsirgəməyib.

Bu baxımdan QMİ sədri bir alim kimi də cəmiyyətdə harmoniyanın əldə olunması üçün din faktorunu təhlil edib.

Tarix elmləri doktoru olan A.Paşazadə  özünün elmi işi olan “Qafqazda islam” monoqrafiyasında islamı ideya kimi xaraketrizə edir, qərb islamşünasları ilə elmi –nəzəri mübahisəyə girişərək onların “darül- islam” və “darül-hərb”  təsnifatına qarşı özünün “darül-əhd” – sülh dünyası qənaətini əlavə edir.

Elmi əsərində A. Paşazadə  qəbilə, icma təəssübkeşiyinə deyil, dini ortaqlıq ideyasına əsaslanmağı üstün tutur. “ümmət” anlayışnı sosial istiqmətdə qəbul etməyi məsləhət görür.

Prezident İlham Əliyevin mədəniyyətlərarası və dinlərarası  əməkdaşlıq prinsipləri əsasında qurulan bu platforma Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi,  birgəyaşamı təmin edən mükəmməl modeldir.

Aydın ABBASOV

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.