Şimal bölgəsində 20 dərəcə şaxta olub

Şimal bölgəsində mənfi 20 dərəcə temperatur qeydə alınıb.

Qubanın Qrız kəndində qarın hündürlüyü 19 sm, havanın temperauru isə mənfi 20 dərəcə olub. Rayonun Xaltan kəndində qarın hündürlüyü 15 sm, havanın temperaturu isə mənfi 12,6 dərəcəyədək enib. Qubanın rayon mərkəzində də 20 sm qar, mənfi 5,6 dərəcə şaxta qeydə alınıb.
Xızının Altıağac qəsəbəsində 16 sm qar, havanın temperaturu mənfi 9,6, Qusarda 4 sm qar, temperatur mənfi 8,8, Şabranda isə 3 sm qar, havanın temperaturu mənfi 1,7 dərəcə olub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

20 yanvar 1990-cı ildə ABŞ KİV-lərində dərc olunmuş yazılar yenidən nəşr olunub

Sonrakı məqalə

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib