Şimali Koreya iki ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində iki qısamənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib. Bu barədə Kyodo agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb.

Yaponiyanın müdafiə naziri Yasukadzu Hamadanın sözlərinə görə, KXDR tərəfindən buraxılan hər iki raket, ehtimal ki, Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

“Reuters” agentliyi Yaponiyanın Müdafiə Nazirliyinə istinadla məlumat verib ki, birinci ballistik 550 kilometr, ikincisi 600 kilometr uçub. Onların uçuşunun hündürlüyü maksimum 50 kilometr olub.

Əvvəlki məqalə

1-ci mərhələni adlayan ilk 8 komanda məlum olub –

Sonrakı məqalə

“Neftçi” Rusiyada “Spartak”a məğlub olub