Şimali Koreyanın xarici işlər naziri Çxve Son Xi rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.
Azpost.info xəbər verir ki, Moskva hava limanında naziri KXDR-in Moskvadakı səfiri, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları, eləcə də digər diplomatlar qarşılayıblar.
Hava limanında Rusiyanın müvəqqəti işlər vəkili Vladimir Topexa da olub. XİN rəhbərinin səfəri yanvarın 17-dək davam edəcək.
Lavrov Şimali Koreya XİN rəhbərini ötən ilin oktyabrında KXDR-ə səfəri zamanı Moskvaya dəvət edib. Həmin görüşdə tərəflər iki ölkənin nazirlikləri arasında mübadilə haqqında saziş imzalayıblar.
Azpost.info