2023-cü ilin yayında Şimali Koreya sərhədini qanunsuz keçən amerikalı hərbçi Trevis Kinq Vaşinqtona təhvil verilib.
Azpost.info bildirir ki, bu barədə anonim qalmaq istəyən amerikalı rəsmilər “Associated Press”ə bildirib.
“Rəsmilərdən birinin dediyinə görə, Kinq ABŞ-ın Çindəki nümayəndələrinə təhvil verilib”, – nəşr yazır.
Jurnalistlər onu da qeyd ediblər ki, hərbçini həbs, əməkhaqqından məhrum etmə və ya rüsvayçılıqla xidmətdən qovulma kimi cəzalar gözləyir.
Xatırladaq ki, Kinq iyul ayında iki Koreya sərhədində tanışlıq turu zamanı KXDR ərazisinə qanunsuz keçib. Mətbuatın yazdığına görə, o, bunu vətənində onu gözləyən intizam cəzasına görə edib. Hərbçi intizam pozuntusuna görə haupvaxtda saxlanılıb. Hadisədən bir gün əvvəl o, ABŞ-a qayıtmalı idi. Lakin Kinq bir qrup turistə qarışaraq Şimali Koreyaya qaçıb.