Sinan Oğan II tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb

Türkiyə Prezident seçkilərində “ATA” ittifaqının namizədi Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb.

Bu barədə, o, “Az önce konuştum” adlı verilişdə danışıb.

S.Oğan, onun tərəfdarlarının namizədlərdən birini dəstəkləməsi üçün təməl şərtlərinin qarşılanmasının vacib olduğunu qeyd edib. Bunlar arasında terrorla mübarizə, milliyətçiliyə sadiqlik və suriyalı miqrantların geri göndərilməsi kimi məsələlər var.

Bundan əlavə, siyasətçi dəstəkləyəcəyi namizədin seçkiləri qazandığı halda hökümətdə yer ala biləcəyini də vurğulayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.