Şirin qəlyanaltılar, qazlı sular və kolbasa istehlakı Parkinson xəstəliyinin erkən əlamətləri ilə əlaqələndirilir.
AzPost bildirir ki, bu barədə Neurology jurnalında dərc olunan araşdırmada deyilir.
Müntəzəm olaraq çox miqdarda ultra emal olunmuş qidalar (şirin qəlyanaltılar, kolbasalar, qazlı sular, desertlər və souslar) yeyən insanlarda Parkinson xəstəliyinin ilkin simptomları – yuxu pozğunluğu, qəbizlik, depressiya və ağrılar 2,5 dəfə çox olur.
Alimlər bunun səbəb-nəticə əlaqəsinin sübutu deyil, müşahidə olduğunu vurğulayırlar. Bununla belə, tapıntılar qidanın beyin sağlamlığına təsiri ilə bağlı digər məlumatlarla üst-üstə düşür.