Şirvanda 17 yaşlı oğlan Kürdə batıb

03 İyul 2020 - 12:12

Kürdə batan yeniyetmənin meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbər görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batan, 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun axtarışları başa çatıb. Yeniyetmənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.