Şirvan sakini özünü asaraq intihar edib.
APA-nın xəbərinə görə, hadisə səhər saatlarında Şirvan şəhərində qeydə alınıb. İki uşaq atası olan Şirvan sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətində yerləşən çardaqdan asaraq intihar edib.
Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.