Şirvanda “patı” və heroin satan 5 nəfər saxlanılıb –

Bir nəfəri gənc qadındır (FOTO)
31 İyul 2021 - 09:20

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı” və ya “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər – Şirvan şəhər sakinləri, Qənirə Britkova, Vahid Məmmədov, Xəlil Abdıyev, Vahid Bağırov və Sabirabad rayon sakini Səmid Şəfiyev saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını bildiriblər. Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırma aparılır.