Şirvanda üzərinə şkaf düşən 4 yaşlı uşaq ölüb

26 Aprel 2020 - 15:07

Şirvanda faciəli hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Hüseynova Günay Yusif qızının üzərinə şkaf aşıb.

Kəllə-beyin travması və daxili orqanlarının əzilməsi nəticəsində 4 yaşlı uşaq vəfat edib.