Şıx çimərliyində batan iki yeniyetmənin meyiti tapılıb

Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN Mətbuat xidmətindən bildirilib ki, axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.