“Siyasətçi ilə küçədən keçən adamın fərqi bundadır” –Zaxarova Paşinyanı təhqir etdi

“Öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq və bunu hər səbəbdən sonsuz olaraq etməmək lazımdır”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin təhlükəsizlik sahəsində yalnız bir ölkədən asılılığının strateji səhv olması barədə sözlərini şərh edərkən bildirib.

Rusiyalı diplomat Ermənistanı günahı, yaxud öz məsuliyyətini başqalarının üzərinə atmamağa çağırıb. “Siyasətçi və dövlət xadimi ilə ölkəsinin milli mənafeyini düşünməyən yoldan keçən adamın fərqi məhz bundadır. Öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmaq lazımdır. Əks halda bu bir qədər pis rəqqas haqqında hekayəyə bənzəyir”, – deyə M.Zaxarova vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.