“Sizdən gizlətmək istəmirəm, vəziyyət mürəkkəbdir” –Polad Bülbüloğlu son təxribatlarla bağlı danışdı (VİDEO)

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu səfirliyin qarşısına toplaşan həmyerlilərimizin önündə çıxış edib. 

Səfir bildirib ki, hazırda vəziyyət mürəkkəbdir: “Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, Rusiyada yaşayırsınız və əksəriyyətiniz də Rusiya vətəndaşısınız. Bu ölkə sizə çörək verir. Təbii ki, müəyyən qüvvələr var ki, bunu heç kimdən gizlətmək olmaz. Əksəriyyətiniz gəncsiniz, oxumuş adamlarsınız, sizdən gizlətmək istəmirəm,  vəziyyət mürəkkəbdir. Bu qüdrətli ölkə ilə biz həmişə dost olmalıyıq.

İnanıram ki, bu məsələlər öz həllini tapacaq. Bu zamanda da Ermənistan silahlanıb. Orda da onları dəstəkləyən müəyyən qüvvələr var”. (Unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda daha 215 nәfәr koronavirusdan ölüb

Sonrakı məqalə

Bu gün Azərbaycanda növbəti buraxılış və qəbul imtahanları keçirilib