Slovakiya dekabrda Azərbaycandan qaz idxal edəcək

Slovakiya dekabrda Azərbaycandan qaz idxal edəcək.

Azpost.info bildirir ki, bu barədə Dennik N xəbər portalı məlumat yayıb.

Slovakiyanın milli qaz enerjisi sisteminin ən böyük operatoru olan SPP şirkəti Ukrayna ərazisindən tranzitin dayandırılmasından ehtiyat edərək Azərbaycandan qazın tədarükü üçün qısamüddətli sınaq müqaviləsi imzalayıb. Azərbaycan tərəfdən tərəfdaş dövlət şirkəti SOCAR-dır.

Müqavilə bir aylıqdır. Slovakiya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq uğurlu olarsa, bu müddət uzadıla bilər. Bununla belə, portalın qeyd etdiyi kimi, hazırda söhbət Ukraynanın bir neçə həftə ərzində Rusiyadan Aİ ölkələrinə qaz tranzitini dayandırması fonunda Bratislavanın atdığı sınaq addımından gedir.

SPP hazırda BP, ExxonMobil, Shell, Eni və RWE ilə Slovakiyaya qaz tədarükü üçün pilot müqavilələrə malikdir. Alınan qazın konkret həcmi açıqlnmayıb.

Əvvəlki məqalə

Trampın Milli Kəşfiyyat Xidmətinə namizədi Qarabağa qanunsuz səfər edib

Sonrakı məqalə

Prezident Avropa Şurasının Baş katibi ilə görüşüb