SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi dəyişib

04 Noyabr 2019 - 13:46

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə yeni vəzifəyə təyin olunub.

O, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib. Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Vəliyevə həvalə edilib.