“SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib

Aprelin 4-də SOCAR-ın Rusiya Federasiyasındakı törəmə müəssisəsi olan “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib. İclasda “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının üzvləri və şirkətin rəhbər heyəti iştirak edib.

Şirkətdən bildirilib ki, görüş çərçivəsində “SOCAR RUS” MMC-nin cari ilin birinci rübündəki fəaliyyəti və görülən işlərin yekunlarına dair hesabatı müzakirə edilib. Görüşdə, həmçinin “SOCAR RUS” MMC-nin 2023-2025-ci illər üzrə biznesin inkişafı strategiyası iştirakçılara təqdim edilib, şirkətin idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi və bu kimi digər məsələlər müzakirə olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.