“SOCAR Turkiye Enerji”nin sədr müavini vəzifəsindən istefa verib

Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.

Bu barədə məlumatı “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiq edib.

Onun sözlərinə görə, V.Əliyev öz ərizəsi ilə vəzifəsini tərk edib. Bundan başqa, o, şirkətin Türkiyədəki törəməsinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilməsi üçün də ərizə ilə müraciət edib.

V.Əliyevin yerinə hələ ki, təyinat olmayıb.

İdarə rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı ilk xəbəri oxu.az saytı yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 750 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

“Azərsu” suyu qanuna uyğun şəkildə içməyə çağırıb