SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın Avro-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində indiyə qədər 1 471 000 kubmetr həcmində sahədə hazırlıq (qazma, yenidən doldurma) işləri, 124 000 ton betontökmə, 21 000 ton metalkonstruksiya işləri görülüb; 526 000 diametr-düym boru qaynaq olunub; 445 000 km kabel xətti çəkilib; 458 avadanlıq quraşdırılıb; ümumilikdə indiyə qədər 23 mln. adam-saat iş görülüb.
Bu, yeni tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur və NEZ-in modernizasiyasının miqyasının nəhəngliyini göstərir.