Solovyovun İtaliyadakı daha bir villasını “qana” boyadılar –FOTO

Naməlum şəxslər rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyada Komo gölü yaxınlığındakı villasının hovuzuna qırmızı boya töküblər.

Azpost.info xəbər verir ki, eyni zamanda villanın divarlarına qırmızı boya atılıb. Qırmızı rəngin günahsız qurbanların qanını simvolizə etdiyi bildirilir. Villa Lombardiya bölgəsində yerləşir. Bu, Solovyovun İtaliyadakı mülklərindən biridir.

Naməlum şəxslər bundan əvvəl ərazidəki başqa bir villaya da hücum edərək onu yandırmağa cəhd etmişdilər. Azpost.info

Əvvəlki məqalə

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Sonrakı məqalə

“Sosial şəbəkədə paylaşımı emosional halda yazmışam” –