Hakim koalisiyaya rəhbərlik edən Almaniya Sosial Demokrat Partiyası ölkədə ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirilməsini dəstəkləyib.
Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.
“Sosial Demokrat Partiyası olaraq bu gün Almaniyada doğulan hər bir uşağın müharibə ilə üzləşməməsini təmin etmək öhdəliyimiz var. SPD-nin rəhbərlik etdiyi hökumət və ABŞ administrasiyası arasında 2026-cı ildən Almaniyada daha uzun mənzilli Amerika raketlərinin yerləşdirilməsi ilə bağlı razılaşma mühüm elementdir”, – partiyanın rəyasət heyətinin bəyanatında deyilir.
Azpost.info