Somalinin sabiq Baş Naziri Nur Həsən Hüseyn koronavirusdan vəfat edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o Londonda müalicə olunduğu xəstəxanada ölüb.
Sabiq Baş Nazirin oğlu atasının Böyük Britaniyada dəfn olunacağını bildirib.
Qeyd edək ki, Nur Həsən Hüseyn 2007-2009-cu illərdə Somalinin Baş Naziri olub.