“Son illərdə Xəzər dənizində çirklənmə müşahidə olunmur”- İdarə rəisi

Xəzər dənizində aparılan son monitorinqlərin nəticələrinə əsasən dənizin suyunun kimyəvi tərkibində müsbət tendensiya müşahidə olunur.

Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov jurnalistlərə müsahibəsində deyib.

“Son illərdə Xəzər dənizində çirklənmə müşahidə olunmur, zoobentosların inkişafı mövsümə uyğun davam edir.

Çimərlik ərazilərdə qurulan modul tipli qurğular, əsasən platformalarda, üzən vasitələrdə son texnologiyaların tətbiqi müsbət tendensiyalarla nəticələnir və dənizin suyunda təmizlənmə müşahidə olunur”, – deyə C.Muradov bildirib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.