Son on ildə 8 mindən çox terrorçu Türkiyədən ekstradisiya edilib

01 Noyabr 2021 - 00:56

2011-ci ildən indiyədək 102 ölkənin vətəndaşlığına məxsus 8585 terrorçu Türkiyədən ekstradisiya olunub. Onlardan 44-ü ABŞ, 1075-i isə Avropa İttifaqı ölkələrinin vətəndaşıdır.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Məlumatda bildirilir ki, ekstradisiya edilən terrorçuların böyük əksəriyyəti PKK/PYD və İŞİD üzvləridir.

2019-cu ildən indiyədək Türkiyədən Avropa İttifaqının 12 ölkəsinə 126, keçən il isə 8 ölkəsinə 95 terrorçu ekstradisiya edilib.

Son üç ildə Türkiyədən öz ölkələrinə göndərilən əcnəbi terrorçuların milliyyətlərinə görə ilk səkkizlikdə Fransa, Almaniya, Hollandiya, Belçika, Finlandiya, İsveç, Rumıniya və Böyük Britaniya yer alır.