Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı qarşılıqlı əməkdaşlığımız davam edir.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, Türkiyə bu məsələlərdə əlindən gələn bütün köməkliyi Azərbaycana göstərəcək.
“Sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanındayıq. Buna heç kimin şübhəsi olmasın”, – deyə H. Akar vurğulayıb.