Sosial şəbəkədə etirazından sonra Cəlilabadlı qaziyə əlillik təyin edilib

Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun müalicəsi başlayıb.

Bu barədə Oxu.az-a F.Ağayev özü məlumat verib.

O bildirib ki, dövlət hesabına müalicələri davam etdirilir: “Ötən aydan mənə 3-cü dərəcə əlillik təyinatı da təyin edilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.azın sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi qazisi, Cəlilabad rayon sakini Ağayev Fariz Hidayət oğluna bir müddət əvvəl ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub: “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin həkim-ekspertləri onu evində müayinə edib və əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesinə dəstək göstəriblər. Bundan sonra aidiyyəti qurumlar tərəfindən həmin qazimizlə bağlı şəhadətnamə və göndəriş e-sistemə daxil edilib. Bununla əlaqədar ona müvafiq sosial ödənişlər də təyin olunub”

Qeyd edək ki, bir müddət əvvəl qazi sosial şəbəkədə səhhətindəki problemlə bağlı şikayət yaymışdı. O bildirmişdi ki, sağalıb, ailəsinə baxmaq istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda seçkilərin ikinci turu keçirilir –

Sonrakı məqalə

40 il əvvəl türk konsulunu öldürən ASALA üzvü ömürlük həbsdən buraxılıb-