Sovet liderlərinin heykəllərinin toplandığı Sol Sahil Parkı – FOTOSESSİYA

Qazaxıstanda sovet dövrünə aid abidələr keçmiş SSRİ-nin bir çox digər respublikalarından fərqli olaraq müstəqillik elan edildikdən 30 il sonra da qalıb. AzPost xəbər verir ki, bununla belə hər il totalitar keçmişin simvolu kimi bu irsdən qurtulmağa açıq çağırış edənlərin sayı artır. Tarixə dövlət səviyyəsində də yenidən baxılır.

Qazaxstanın Ust-Kamenoqorsk şəhərinin Sol Sahil Parkında Sovet partiya liderlərinin və yazıçılarının abidələrindən ibarət  park da var. Bura ölkənin müxtəlif yerlərində olan heykəllər köçürülüb.

Qazaxıstanda rəsmi olaraq respublika əhəmiyyətli tarix və mədəniyyət abidələri kimi tanınan abidələr, məzarlıqlar, memarlıq və hətta təbii tikililər var. Dövlət onları sökülməkdən qoruyur, təmir-bərpa işlərinə böyük vəsait ayırır. Onların bir hissəsi Sovet dövrünə aiddir.

Düzdür, 1990-cı illərin sonlarından etibarən Qazaxıstan tarixi ilə birbaşa əlaqəsi olmayan sovet xadimlərinin, məsələn, Vladimir Lenin, Mixail Kalinin və Sergey Kirovun abidələri tədricən bu siyahıdan çıxarılıb.

Digər respublikalarda olduğu kimi totalitar rejimin siyasəti qazax cəmiyyətinin də deqradasiyasına səbəb olmuşdu.

Hazırda ölkədə sovet dövründən qalmış abidələrinin əksəriyyəti dörd şimal bölgəsində cəmləşir. Akmola, Pavlodar, Şimali Qazaxıstan və Kostanay. Bu bölgələr əsasən rusdilli sayılır, orada etnik ruslar yaşayır.

Oxşar mənzərə ölkənin iki ən böyük şəhərində – multikultural sayılan Astana və Alma-Atada da müşahidə olunur. Əksinə, cənub bölgələrində, əsasən monoetnik rayonlarda sovet mədəni irsi obyektləri demək olar ki, yoxdur.

Həmçinin İosif Stalin, Feliks Dzerjinskinin abidələrinə heç yerdə rast gəlmək mümükün deyil. Onların əksəriyyəti 1990-cı illərin əvvəllərində, qalanları isə növbəti 30 il ərzində sökülüb.

Lakin qazax xalqına aid olan abidələr sovet dövründən qalsa belə qorunub saxlanılıb. Məsələn, Almatıda şair və pedaqoq Abay Kunanbayevin abidəsi buna aiddir.

Azpost.info

Əvvəlki məqalə

Fevraldan sonra Rusiyada miqrantlar evlənə bilməyəcəklər –

Sonrakı məqalə

Bu ölkədə 60 nəfər vəbaya yoluxdu