“Şoyqu da orduya məhbusları cəlb etməyə başlayıb”- Britaniya hərbi kəşfiyyatı

“Bu ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi də Ukraynaya qarşı müharibə aparmaq üçün döyüşçülərin sırasına məhbusları cəlb etməyə başlayıb”.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Britaniya hərbi kəşfiyyatının məlumatına görə, əvvəllər yalnız “Vaqner” məhkumları müharibəyə cəlb etməklə məşğul idi. İndi ölkənin Müdafiə Nazirliyi də eyni tədbirə əl atıb.

Britaniya Müdafiə Nazirliyi bildirir ki, təkcə 2023-cü ilin aprel ayına qədər 10 minə qədər məhbusun aktiv ordu hissələrinin sıralarına qoşulması ehtimalı var.

Hesabatda deyilir ki, bu kampaniya Rusiyada yeni səfərbərliyə yol vermədən şəxsi heyətin sayını artırmaq üçün başlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.