Şoyqu hərbi əməliyyat zonasındakı döyüşçüləri təltif edib- FOTO

Rusiya müdafiə naziri Sergey Şoyqu bir qrup hərbçini təltif edib.

Azpost.info xəbər verir ki, müdafiə naziri xüsusi hərbi əməliyyat zonasında göstərdikləri fədakarlıq və qəhrəmanlığa görə onlara “Qızıl Ulduz” medalı və digər dövlət mükafatlarını təqdim edib.

Mərasim Rusiya qoşunlarının birləşmiş qrupunun qərargahında keçirilib.

“Çətin olduğunu bilirəm, amma siz öz tapşırıqlarınızı şərəf və ləyaqətlə yerinə yetirirsiniz. Buna görə ölkə, vətən, Ali Baş Komandanımız sizi bu yüksək mükafatlara layiq görüb”, – Şoyqu bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Cənab Prezidentin bu addımı medianın inkişafına dəyərli töhfədir”

Sonrakı məqalə

Türkiyəli məşhur aparıcı Azərbaycan haqqında sənədli film çəkib