“Şoyqu iki həftədir ictimaiyyət qarşısına çıxmır” –Zelenskinin Ofisi

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya müdafiə naziri Sergey Şoyqunun ictimai məkandan qəfil yoxa çıxmasına münasibət bildirib.

Azpost.info xəbər verir ki, o, Şoyqunun gözlərdən itməsini “maraqlı sükut” adlandırıb.

Podolyak qeyd edib ki, Rusiyanın daha bir neçə əsas siyasi xadimi informasiya məkanından yoxa çıxıb: “Şoyqu iki həftəyə yaxındır ki, ictimaiyyət qarşısına çıxmır. O, federal kanalların efirində və ictimai protokol tədbirlərində də gözə dəymir. Baş Qərargah rəisi Gerasimov da yoxa çıxıb. Həmçinin xüsusi xidmət orqanlarının rəhbərləri Patruşev, Bortnikov, Narışkin də daxil olmaqla, digər “ağırçəkililərin” sistemli və mühüm protokol bəyanatları yoxdur. Onlar da məcburi protokollardan itiblər. Baş nazir Mişustin, Mərkəzi Bankın rəhbəri Nabiullina, nazir Reşetnikov – hamısı susurlar. Bir sözlə, hər kəs ictimai protokol məkanından belə, tamamilə yoxa çıxıb”, – Podolyak bildirib.

O qeyd edib ki, ictimai məkanda Putinin yalnız bir sadiq qulluqçusu qalıb – xarici işlər naziri Sergey Lavrov: “Yalnız Lavrov qalıb. O da sübut etməyə çalışır ki, Rusiya Ukraynada dinc insanları öldürməsə, Avropa pis şeylər düşünə bilər. Bir də hər şeyin xüsusi əməliyyat planına uyğun olduğuna səmimi inanan Peskov qalıb. O da arada çıxıb ağılasığmaz bəyanatlar səsləndirir. Maraqlı sükutdur…”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti 125 dollara satılır

Sonrakı məqalə

Ukraynanın 60 hərbi obyekti vurulub –