Şoyqu Kim Çen Inla görüşdü, Putinin məktubunu ona verdi

Müdafiə naziri Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyulun 25-də Koreya müharibəsinin başa çatmasının 70-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün KXDR-ə gəlib.

Azpost.info TASS-a istinadən bildirir ki, Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen In ilə görüşüb.

KXDR-in dövlət agentliyinin məlumatına görə, görüşdə Şoyqu Koreya liderinə Rusiya prezidenti Vladimir Putinin müraciəti olan məktubunu çatdırıb. Tərəflər həmçinin vurğulayıb ki, iki ölkə nümayəndələrinin görüşü Rusiya ilə KXDR arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyətini hava limanında KXDR-in müdafiə naziri, ordu generalı Kanq Sun Nam qarşılayıb. Onunla Rusiya Müdafiə Nazirliyinin rəhbəri daha sonra ikitərəfli görüş keçirib.

Səfər iyulun 27-dək davam edəcək.

Əvvəlki məqalə

Türkiyə 1 milyon suriyalı qaçqını geri qaytarır

Sonrakı məqalə

Rusiyada saytlarda qeydiyyat üçün pasport tələb olunacaq –