“Ukraynanın pilotsuz təyyarələrinin hücumunun hədəfi Moskvadakı mülki obyektlər olub”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, paytaxtda törədilən terror aktında səkkiz təyyarə tipli dron iştirak edib, onların hamısı məhv edilib.
“Bu gün səhər saatlarında Kiyev rejimi Moskva vilayətində mülki obyektlərdə terror aktı həyata keçirib. Burada səkkiz təyyarə tipli pilotsuz uçuş aparatı iştirak edib. Onların hamısı məhv edilib”, – nazir bildirib.
Şoyqu qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna birləşmələrinin hərəkətlərinə mümkün qədər sərt reaksiya verir.
Azpost.info