Şoyqu və Gerasimov Xersona niyə Putinlə birgə getməyiblər? –- Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin Xerson və Luqanska səfəri təhlükəsizlik riskləri səbəbindən müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov olmadan baş tutub.

Azpost.info xəbər veirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Ali Komandan, müdafiə naziri və Baş Qərargah rəisi üçün bir yerə toplaşmaq – düşməni bu cür şirnikləndirmək, əlbəttə ki, böyük riskdir”, – Peskov deyib.

Onun sözlərinə görə, Gerasimov və Şoyqu videobağlantı vasitəsilə görüşlərdə iştirak ediblər: “Şoyqu Xerson vilayətində, Gerasimov isə Luqansk vilayətində görüşə “bağlanıb”. Səfərin nəticələrinə yekun vurulub və icmal hesabatları verilib”.

Azpost.info

Əvvəlki məqalə

Misir Putinə raket satmaqdan imtina edib

Sonrakı məqalə

Rza Pəhləvi Yerusəlim məbədinin divarı qarşısında dua edib –